DƏNİZ NƏQLİYYATI SAHƏSİNDƏ İDARƏETMƏ TƏKMİLLƏŞDİRİLİR

DƏNİZ NƏQLİYYATI SAHƏSİNDƏ İDARƏETMƏ TƏKMİLLƏŞDİRİLİR

Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 11 oktyabr 2021-ci il tarixindəli Fərman imzalamışdır.

Fərmana əsasən, bu sahədə:
• tənzimləmə
• nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
• Azərbaycan Respublikasının dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması
• rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə aşağıdakı qərar alınmışdır:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki – Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsi yaradılması nəzərdə tutulmuşdur.

Dövlət Dəniz və Liman Agentliyi Nizamnaməsi təsdiq edilmişdir. Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində:

1. dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşdırılmasında;
2. həyata keçirilməsində və inkişafında iştirak edən;
3. bu sahədə tənzimlənməni və nəzarəti həyata keçirən;
4. dəniz üzgüçülüyünün təhlükəsizliyi;
5. dənizdə insan həyatının və sağlamlığının qorunması;
6. dəniz ətraf mühitinin mühafizəsi;
7. dənizçilərin hazırlanması sahəsində tədbirlər görən;
8. dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edən və.s fəaliyyətləri;
9. dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərən publik hüquqi şəxs olacaqdır.

Agentlik bu Fərmanın 1-ci hissəsində yuxarıda göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçecəkdir. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılacaqdır.

Related Post