SAHİBKARLIQ SAHƏSİNDƏ APARILAN YOXLAMALAR DAYANDIRILIR

SAHİBKARLIQ SAHƏSİNDƏ APARILAN YOXLAMALAR DAYANDIRILIR

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidenti 17 mart 2021-ci il tarixdə Fərman imzalayıb.

Bu Fərmanla “SAHİBKARLIQ SAHƏSİNDƏ APARILAN YOXLAMALARIN DAYANDIRILIRması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə bir sıra qərarlar alınıb:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;
- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlər həll edəcəkdir.

Fərman 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Source link: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"

Related Post