AZƏRBAYCANDA “İQTİSADİ ZONALARIN İNKİŞAFI AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXSİ YARADILDI

AZƏRBAYCANDA “İQTİSADİ ZONALARIN İNKİŞAFI AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXSİ YARADILDI

Azərbaycan Respublikasının Prezidentinin 22 yanvar 2021-ci il tarixli Fərmanına (bundan sonra”Fərman”) əsasən Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) təsis edildi.

Agentlik sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayıb, həyata keçirilməsini təmin etməklə yanaşı bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində də iştirak edəcəkdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Mənbə keçidi: “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"

Related Post