XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU NƏHAYƏT MÜƏYYƏN OLUNDU

XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU NƏHAYƏT MÜƏYYƏN OLUNDU

Sovet İttifaqı dağıldıqdan sonra 5 sahilyanı dövlət (Azərbaycan, İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistan) Xəzər dənizinin hüquqi statusunu,onun resurslarının və ümumi istifadəsinin bölünməsi ilə bağlı yekdilliklə qərar qəbul edə bilmədilər.

Bunlardan bəziləri Xəzər dənizini beynəlxalq dənizçilik hüququ və Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüquqları Konvensiyasının (UNCLOS) obyekti kimi, digərləri isə sahilyanı dövlətlər arasında bölünmüş bir göl kimi hesab edirdilər.

Bütün sahilyanı ölkələrin üzvləri arasında aparılan uzun müzakirələrdən sonra Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya (12 avqust 2018) imzalanmış və Xəzər dənizinə sui generis rejimi tətbiq olunaraq o nə göl, nə də dəniz kimi müəyyən edilmişdir.

Yeni rejimə görə Xəzər dənizinin suları bütün sahilyanı ölkələr tərəfindən ərazi sularından kənarda istifadə olunacaq, lakin dənizin zəngin təbii sərvətləri onların arasında bölünəcəkdir.

Konvensiya bütün imzalayan tərəflər tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minir.

Mənbə keçidi: “Xəzərin hüquqi statusu” haqqında Konvensiyanı təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Related Post