AZƏRBAYCANDA YENİ KÜLƏK ELEKTRİK STANSİYASI TİKİLƏCƏK

AZƏRBAYCANDA YENİ KÜLƏK ELEKTRİK STANSİYASI TİKİLƏCƏK

Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamına əsasən (bundan sonra “Sərəncam”), qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihə icra ediləcək. Elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Nazirlər Kabineti nəzərdə tutulan külək elektrik stansiyasının tikiləcəyi ərazilərdə küləkölçmə işləri tamamlandıqdan sonra torpaqların kateqoriyası dəyişdirilməsi işlərini təmin etməlidir. Sərəncama əsasən həmin ərazilərdə dövlət torpaqlarıAzərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra “Nazirlik”) daimi istifadəsinə veriləcək, və Nazirliyin torpaqları icarəyə vermək hüququ da olacaq.


Bundan əlavə, pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının Sərəncamda nəzərdə tutulan “Enerji alqı-satqı müqaviləsi”nə və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, təyin edilmiş vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlərin görülməsi gözlənilir.

Mənbə keçidi: “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"

Related Post