SAHİBKARLIQ ÜZRƏ YOXLAMALAR 2 İL MÜDDƏTİNƏ DAYANDIRILIB

SAHİBKARLIQ ÜZRƏ YOXLAMALAR 2 İL MÜDDƏTİNƏ DAYANDIRILIB

Azərbaycan Respublikası Milli Məclisi ölkədə sahibkarlığın inkişafına təkan vermək məqsədi ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunu (Qanun) qəbul etdi. Qanuna əsasən əvvəllər sahibkarlara nəzarət etmək üçün keçirilən çoxsaylı yoxlamalar 2 il müddətinə dayandırılıb.

Qanunda deyilir ki, yalnız vergi yoxlamaları və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Bu Qanunun zidd olaraq həyata keçirilən yoxlamalar və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlar hüquqi qüvvəyə malik deyildir. Sahibkarlar bu Qanunun tələblərini pozmaqla həyata keçirilmiş yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluğa, icra hakimyyəti və ya məhkəmə orqanlarına şikayət edə bilər.

Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.

Mənbə keçidi: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu

Related Post