NAZİRLƏR KABİNETİ “BORCLUNUN SAĞLAMLAŞDIRILMASI PLANININ MƏZMUNU”NU TƏSDİQ ETDİ

NAZİRLƏR KABİNETİ “BORCLUNUN SAĞLAMLAŞDIRILMASI PLANININ MƏZMUNU”NU TƏSDİQ ETDİ

Nazirlər Kabineti "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər əsasında "Borclunun sağlamlaşdırılması planının məzmunu" na yeni dəyişiklikləri təsdiqləyib. Sənədə görə borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir.

Plan borclunun sağlamlaşdırılması planında iştirak edən kreditorun (kreditorların) tələblərinin qarşılanması üçün lazımi məbləğləri, bu tələbləri yerinə yetirmək üçün qayda və müddətləri, bərpa planlarının həyata keçirilməsinə dair tədbirləri, icraya nəzarət daxil olmaqla tədbirlər, planın dayandırılması üçün əsaslar və onun nəticələrini özündə əks edir.

Bu plan borclunun pul öhdəliyinin bir və ya daha çox tədbir vasitəsi ilə ödənilməsini təmin edə bilər. Tədbirlərin ümumi sayı 16, onların arasında – borcun qismən bağışlanılması, pul öhdəlikləri şərtlərində dəyişikliklər, girov və ya ipoteka hüquqlarından imtina edilməsi və s. var.

Borcun ödənilməsi planına ləğvetmə analizləri əlavə edilir. Bu analizlər belə planın olmaması ilə müqayisədə sağlamlaşdırma planı istifadə edərkən kreditorlarla bağlı üstünlükləri göstərir. Borculunun sağlamlaşdırılması planına həmçinin borcluların bu planın şərtlərinə əməl etmək qabiliyyətinin olub olmaması da daxildir.

Mənbə keçidi: "Borclunun sağlamlaşdırılması planının məzmunu"

Related Post