“QARABAĞ DİRÇƏLİŞ FONDU” PUBLİK HÜQUQİ ŞƏXSİ YARADILACAQ

“QARABAĞ DİRÇƏLİŞ FONDU” PUBLİK HÜQUQİ ŞƏXSİ YARADILACAQ

Azərbaycan Respublikasının Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına (bundan sonra”Fərman”) əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də, ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi məqsədilə Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxsi (bundan sonra “Fond”) yaradılacaq.

Fondun fəaliyyətinə Müşahidə Şurası nəzərat edir və cari rəhbərlik funksiyalarını 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Fondun fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutacaqdır.

Mənbə keçidi: “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Related Post