COVID SERTİFİKATLARININ VƏ XARİCİ SERTİFİKATLARIN BEYNƏLXALQ SƏVİYYƏDƏ QARŞILIQLI TANINMASI ARTIQ MÜMKÜN OLACAQ

COVID SERTİFİKATLARININ VƏ XARİCİ SERTİFİKATLARIN BEYNƏLXALQ SƏVİYYƏDƏ QARŞILIQLI TANINMASI ARTIQ MÜMKÜN OLACAQ

‘’COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks ettirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin təmzinlənməsi” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli Qərarı (bundan sonra Qərar) təsdiq edilmişdir.

Qərarda COVID Sertifikatının formalaşdırılmasının əsasları, COVID sertifikatlarına dair tələblər, COVID sertifikatlarının və xarici sertifikatların etibarlılığı müddəti, COVID sertifikatının verilməsindən imtina və COVID sertifikatlarının və xarici sertifikatların qarşılıqlı tanınması məsələlərinə toxunulmuşdur.
Qərarda iki əsas məsələ diqqəti çəkir:

1. COVID sertifikatlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda tanınması və xarici sertifikatların Azərbaycan Respublikasında tanınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi beynəlxalq təcrübədə mövcud olan razılaşmaların şərtləri nəzərə alınmaqla və texniki cəhətdən mümkün olduğu təqdirdə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli orqanları ilə COVID sertifikatlarında və xarici sertifikatlarda olan məlumatların həqiqiliyinin təsdiqlənməsi funksiyaları olan proqram təminatı ilə mübadiləsini həyata keçirir, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini proqram təminatı ilə təmin edir və aidiyyəti informasiya sistemləri ilə inteqrasiya əsasında zəruri məlumatları ötürür.

2. COVID sertifikatlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda tanınmasını tənzimləyən beynəlxalq razılaşmalar COVID sertifikatlarına dair texniki və təhlükəsizlik tələblərindən fərqli şərtlər də nəzərdə tuta bilər. Bu zaman xarici ölkələrin səlahiyyətli orqanları ilə proqram təminatına dair məlumatların mübadiləsi zamanı COVID sertifikatlarına dair texniki və təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Mənbə: https://nk.gov.az/az/document/5722/

Related Post