QRANT MÜQAVİLƏSİNİN QEYDƏ ALINMASINDA SƏNƏD TƏLƏBİ DAHA DA ASANLAŞDIRILDI

QRANT MÜQAVİLƏSİNİN QEYDƏ ALINMASINDA SƏNƏD TƏLƏBİ DAHA DA ASANLAŞDIRILDI

Azərbaycan Respublikası Baş Naziri Əli Əsədov Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edilməsi barədə 17 noyabr 2021-ci il tarixində 355 nömrəli Qərar imzalamışdır. Qərara əsasən:

Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaqdır.

Related Post