TÜRKDİLLİ DÖVLƏTLƏRİN İQTİSADİ ZONALAR SAHƏSİNDƏ ANLAŞMA MEMORANDUMU

TÜRKDİLLİ DÖVLƏTLƏRİN İQTİSADİ ZONALAR SAHƏSİNDƏ ANLAŞMA MEMORANDUMU

Azərbaycan Respublikasının Prezidentinin tərəfindən 19 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, “Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqdisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” (bundan sonra – memorandum) imzalanmışdır.

Həmin memorandum Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə əsaəsən təsdiqlənmişdir. Memorandumda aşağıda qeyd olunan məsələlər təsdiq olunmuşdur:

1. 2021-ci il sentyabrın 10 -da Bakı şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan dövlətlərinin nümayəndələri tərəfindən imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqdisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşça Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərsin.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərmək tapşırılıb.

Related Post