FƏRDİ, ƏMƏK VƏ AİLƏ MÜNASİBƏTLƏRİNDƏ YARANAN MÜBAHİSƏLƏRLƏ BAĞLI MƏHKƏMƏDƏN ÖNCƏ İLKİN MEDİASİYA SESSİYASINDA İŞTİRAK ETMƏK TƏLƏB OLUNACAQ

FƏRDİ, ƏMƏK VƏ AİLƏ MÜNASİBƏTLƏRİNDƏ YARANAN MÜBAHİSƏLƏRLƏ BAĞLI MƏHKƏMƏDƏN ÖNCƏ İLKİN MEDİASİYA SESSİYASINDA İŞTİRAK ETMƏK TƏLƏB OLUNACAQ

Azərbaycan Respublikasının Milli Məclisi “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun icrası ilə əlaqədar 09.07.2021 tarixində qərara alır:

09.07.2021 tarixli “Mediasiya haqqında” qərara əsasən fərdi əmək mübahisələri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl, ilkin mediasiya sessiyasında iştirak iştirak tələb olunur.

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətləri nəticəsində yaranan problemlərlə bağlı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək lazımdır.

Ailə münasibətlərindən qaynaqlanan mübahisələr "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən mediasiya yolu ilə həll edilə bilər. "Ailə münasibətlərindən yaranan məsələlərlə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydaya uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək tələb olunur.

Bakı şəhəri, 9 iyul 2021-ci il No 360-VIQD
Mənbə: https://meclis.gov.az/cat.php?cat=1&lang=az

Related Post