ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ SAHƏSİNDƏ BİR SIRA YENİLİK GÖZLƏNİLİR

ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ SAHƏSİNDƏ BİR SIRA YENİLİK GÖZLƏNİLİR

“Caspian Energy Club”-ın təşkil etdiyi “Online B2G Forumun”da əmək hüquqları sistemində beynəlxalq təcrübəyə əsaslanan bir sıra yeniliklərin gözlənildiyi vurğulanıb.

Hazırda “E-sosial” portalında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ("Nazirlik") göstərdiyi xidmətlərin 53-nün elektron və 26-sının proaktiv qaydada həyata keçirildiyi bildirib. Bundan sonra isə ümumilikdə daha 57 e-xidmətin istifadəyə verilməsi gözlənilir, cari ilin sonundadək isə artıq 7 e-xidmət aktivləşdiriləcəkdir. Beləliklə də Nazirliyinin icra etdiyi 132 xidmətdən 76 faizi rəqəmsallaşdırılacaq.

Gözlənilən digər yenilik “Əmək münasibətləri və məşğulluq” altsisteminin, Məşğulluq xəritəsinin, Məşğul şəxslərin reyestrinin hazırlanmasıdır. Bu sistem vahid əmək platforması hesab ediləcəkdir.

Ən böyük dəyişikliklərdən biri də, əmək münasibətlərinə və əmək vəzifələrinin icrasına Koronavirus pandemiyasının təsirini, cəmiyyətdə bundan irəli gələn hüquqi tənzimlənməyə ehtiyacı və yeni iş formaları və rejimlərinin formalaşmasını nəzərə alaraq Əmək Məcəlləsinə yeni anlayışlar daxil ediləcəkdir. Bunlar - “ailə vəzifələri olan işçi”, “distant (məsafədən) iş”, “teleiş” və s. olacaqdır.

Mənbə keçidi: “Əmək hüquqları sistemində beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər gözlənilir"

Related Post