NAĞDSİZ HESABLAŞMALAR ÜÇÜN TƏYİN EDİLMİŞ LİMİTİNDƏ YENİLİK

NAĞDSİZ HESABLAŞMALAR ÜÇÜN TƏYİN EDİLMİŞ LİMİTİNDƏ YENİLİK

1 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Nağdsiz hesablaşmalar haqqında “ Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qanun”) bəzi dəyişikliklər səsverməyə çıxarılıb və müvafiq Qanuna nağdsiz hesablaşmaların limiti ilə bağlı yeni maddə əlavə edilib.

Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən hər bir fiziki şəxsə nağd qaydada ödənilə bilən məbləğin maksimal həddi gündəlik 20 manat məbləğində müəyyən edilib. Və belə ödənişlər Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş nağdsiz hesablaşma limitinə daxil edilmir.

Qeyd etmək lazımdır ki, daha öncə ƏDV ödəyiciləri və vergi tutulan əməliyatlarının həcmi 12 aylıq dövrün hər hansı ayında 200,000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin bir təqvim ayı ərzində aylıq 30,000 manat, digər vergi ödəyicilərinin isə 15,000 manat həcmində nağd hesablaşma həyata keçirmə limiti qoyulmuşdu. Bu limiti aşan bütün hesablaşmalar nağdsiz şəkildə aparılmalı idi. (Qanun, maddə 3.3)

Qanuna edilən dəyişiklik işə cəlb olunanların uçotunun şəffaflığını və sosial müdafiəsini təmin etmək məqsədi daşıyır.

Mənbə keçidi: "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”

Related Post