BEYNƏLXALQ ÖDƏNİŞLƏRLƏ BAĞLI ÖHDƏLİKLƏRƏ DƏYİŞİKLİKLƏR EDİLDİ

BEYNƏLXALQ ÖDƏNİŞLƏRLƏ BAĞLI ÖHDƏLİKLƏRƏ DƏYİŞİKLİKLƏR EDİLDİ

Ölkəyə idxal olunacaq malların ödənişini həyata keçirərkən, həmin malların idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən 2 il müddətinə qədər uzadılmışdır.

Bundan əlavə, dəyişikliklər qüvvəyə mindikdən sonra idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dollarından az olarsa, valyuta nəzarəti orqanına bu barədə məlumat vermə zərurəti aradan qalxacaqdır.

Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin yeni qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na bəzi dəyişikliklər edilmişdir.
Dəyişikliklərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minməsi gözlənilir.

Mənbə keçidi: “Azərbaycan Republikasının Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020-ci il tarixli Qərarı”

Related Post