İLKİN MEDİASİYA SESSİYALARI ÜÇÜN TARİFLƏR TƏSDİQ EDİLDİ

İLKİN MEDİASİYA SESSİYALARI ÜÇÜN TARİFLƏR TƏSDİQ EDİLDİ

15 iyul 2019-cu il tarixində Nazirlər Kabineti tərəfindən “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir.

Qərar “Mediasiya haqqında ” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

2020-ci il iyulun 1-dən etibarən qüvvəyə minəcək Qərar ilkin mediasiya sessiyasının xidmət haqqını ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 AZN, iqtisadi mübahisələr üzrə isə iddianın qiymətindən asılı olaraq 20-400 AZN civarında təyin edir.

Qeyd edək ki, Azərbaycanda mediasiya haqqında ilk qanun 29 mart 2019-cu ildə qəbul edilmişdir. 5 fəsil və 39 maddədən ibarətdir olan Qanun tərəflərdən ailə, əmək və iqtisadi mübahisələr yarandığı zaman məhkəməyə müraciətdən öncə ilkin mediasiya sessiyasında iştirakı tələb edir. (Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu - maddə 3 bənd 2)

Geriyə qalan boşluqlar sırasında ən əsasları rəsmi mediator statusunun alınması və mediasiya müqavilələrinin bağlanması tənzimlənməsi məsələlərinin hüquqi çərçivəsidir ki, bunların da yaxın zamanda qanunvericilikdə əksini tapacağı gözlənilir.

Mənbə keçidi: “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Qərar

Related Post