AĞDAMDA SƏNAYE PARKI YARADILACAQ

AĞDAMDA SƏNAYE PARKI YARADILACAQ

Azərbaycan Respublikasının Prezidentinin 28 may 2021 – ci il tarixli fərmanına əsasən, işğaldan azad olunmuş Ağdam rayonu ərazisində sənaye parkının yaradılması nəzərdə tutulmuşdur.

Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi:
• tikinti materiallarının istehsalı;
• kənd təsərrüfatı məhsullarının qablaşdırılması;
• meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı;
• xidmət sahələrinin və s.
təşkili müəyyənləşdirilib.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Mənbə: https://president.az/az/articles/view/55435

Related Post