AZƏRBAYCANDA RƏQƏMSALLAŞMA, İNNOVASİYA, YÜKSƏK TEXNOLOGİYALAR VƏ RABİTƏ SAHƏSİNDƏ İDARƏETMƏ TƏKMİLLƏŞDİRİLİR

AZƏRBAYCANDA RƏQƏMSALLAŞMA, İNNOVASİYA, YÜKSƏK TEXNOLOGİYALAR VƏ RABİTƏ SAHƏSİNDƏ İDARƏETMƏ TƏKMİLLƏŞDİRİLİR

AZƏRBAYCANDA RƏQƏMSALLAŞMA, İNNOVASİYA, YÜKSƏK TEXNOLOGİYALAR VƏ RABİTƏ SAHƏSİNDƏ İDARƏETMƏ TƏKMİLLƏŞDİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimlənmənin təkmilləşdirilməsinin, keyfiyyətin artırılmasının innovativliyinin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi üçün aşağıda qeyd olunan qərarlar alınmışdır.

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (ARNRYTN) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı.

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradıldı:

2.1. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi.

Bu Agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı uçotu tənzimlənməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini, radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

2.2. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.

Bu Agentlik ARNRYTN-nin tabeliyindəki Milli Nüvə Tədqiqatları Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin, ARNRYTN-nin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və ARNRYTN-nin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmışdır və bu qurumların hüquqi varisidir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimlənməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsinə kompleks tədbirləri, elmi, elmi – texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Bu yaradılan publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır. İdarə Heyətinin sədrini və müavinlərini Azərbaycan Respbulikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Related Post