ŞƏRQİ ZƏNGƏZURDA YENİ SƏNAYE PARKI YARADILACAQ

ŞƏRQİ ZƏNGƏZURDA YENİ SƏNAYE PARKI YARADILACAQ

Azərbaycan Respublikasının Prezidentinin 4 oktyabr 2021 – ci il tarixli fərmanına əsasən, işğaldan azad olunmuş Şərqi Zəngəzur rayonunda, Cəbrayıl rayonu ərazisində sənaye parkının yaradılması nəzərdə tutulmuşdur.
Sənaye Parkının yaradılması:
• dayanıqlı məskunlaşmanı
• iqdisadi fəaliyyətin canlanmasını
• nəqliyyat - logistika imkanlarından istifadə regional iqdisadi- ticarət əlaqələrini
genişləndirəcəkdir.

“Araz Vadisi İqdisadi Zonası” Sənaye Parkı (bundan sonra - Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı , habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazi olacaqdır.

Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin tabeliyində İqdisadi Zonaların İnkişaf Agentliyi həyata keçiriləcəkdir.

Related Post