AZƏRBAYCANDA RƏQƏMSAL TRANSFORMASİYA SAHƏSİNDƏ İDARƏETMƏ DAHA DA TƏKMİLLƏŞDİRİLİR

AZƏRBAYCANDA RƏQƏMSAL TRANSFORMASİYA SAHƏSİNDƏ İDARƏETMƏ DAHA DA TƏKMİLLƏŞDİRİLİR

İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrilmişdir. Bunun əyani sübutu kimi İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir.

Rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti üzrə idarəetmənin təkmilləşdirilməsi, kommersiya fəaliyyəti ilə yanaşı, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların effektiv həyata keçirilməsini tələb edir.

Bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə ölkə prezidenti 27 aprel 2021-ci il tarixli Fərman imzalamışdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC-nin və “Azərpoçt” MMC-nin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mənbə: https://president.az/articles/51299

Related Post