AZƏRBAYCAN MDB ÖLKƏLƏRİNİN GÖMRÜK ORQANLARININ ƏMƏKDAŞLIĞI HAQQINDA SAZİŞİ TƏSDİQLƏDİ

AZƏRBAYCAN MDB ÖLKƏLƏRİNİN GÖMRÜK ORQANLARININ ƏMƏKDAŞLIĞI HAQQINDA SAZİŞİ TƏSDİQLƏDİ

Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq, "Müstəqil Dövlətlər Birliyininin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında Sazişi" (bundan sonra "Saziş") təsdiq etdi.

Razılaşma sahibkarların əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsində xüsusilə vacib bir hüquqi aktdır. Bu Saziş əsasında MDB üzvü olan dövlətlər saxta malların idxalına qarşı daha mütəşəkkil mübarizə aparacaq və bununla da müəllif hüquqlarının, əmtəə nişanları və coğrafi göstəricilərə dair hüquqların, habelə mənşə adlarının pozulmasının qarşısını alacaqlar.

Müqavilənin 3-cü maddəsi əsasında tərəflər bu Sazişin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət sahəsində qanunvericiliyi pozaraq qarşılıqlı ticarət dövriyyəsində aşkar edilmiş malların hərəkəti, habelə dövriyyəsi qanun pozuntusu ilə həyata keçirildiyinə şübhə doğuran mallar barədə məlumat mübadiləsi aparırlar. Bundan əlavə, tərəflər öz dövlətlərinin əqli mülkiyyət hüquqların qorunmasının təşkili ilə bağlı qanunvericiliyi, təhsil, metodiki və xüsusi materiallar, eləcə də, əqli mülkiyyət sahəsində pozuntuların qarşısının alınması və aşkar edilməsində təcrübə mübadiləsi aparırlar; əqli mülkiyyət hüquqlarının qorunması sahəsində birgə konfranslar, seminarlar, görüşlər və digər tədbirlər təşkil etməklə birgə araşdırma aparır və fikir mübadiləsi həyata keçirirlər; həm çoxtərəfli, həm də ikitərəfli əsasda kadrların hazırlanması və ixtisasartırma təlimlərinə kömək edirlər.

Qeyd etmək lazımdır ki, bu Saziş 31 may 2019-cu il tarixində Aşqabad şəhərində MDB üzvü olan dövlətlər arasında imzalanmışdır.

Mənbə keçidi: “Müstəqil Dövlətlər Birliyininin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında Saziş" təsdiq edildi.

Related Post