“MALLARIN İXRAC QEYDİ İLƏ SATIŞI QAYDASI” TƏSDİQ EDİLDİ

“MALLARIN İXRAC QEYDİ İLƏ SATIŞI QAYDASI” TƏSDİQ EDİLDİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2020-ci il tarixli 448 nömrəli Qərarına əsasən “Malların ixrac qeydi ilə satışı Qaydası” ( bundan sonra Qayda) təsdiq edildi. Bu Qayda Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətləri tənzimləyir.

Bundan başqa Qaydada istehsalçıya və ixracatçıya dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, eləcə də, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır. “Qayda”nın 4-cü maddəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur.

İstehsalçı ixrac üçün nəzərdə tutual məhsulu ixracatçıya təqdim edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur. Qeyd olunan imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydanın 2 və 3-cü maddəsində onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qaydanın tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

Mənbə keçidi: “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı"

Related Post