AZƏRBAYCANDA DÖST MÜQAVILƏLƏRININ “TIK – IDARƏ ET – TƏHVIL VER“ MODELI TƏSDIQLƏNDI

AZƏRBAYCANDA DÖST MÜQAVILƏLƏRININ “TIK – IDARƏ ET – TƏHVIL VER“ MODELI TƏSDIQLƏNDI

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Qanununun tətbiqi barədə fərman imzalanıb.

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələbləri, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtlərini, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərini müəyyənləşdirilməsi qaydaları Nazirlər Kabinetinə tapşırılmışdır. Nazirlər Kabineti həmin qanunun 4-cü maddəsinə uyğun olaraq, yuxarıda sadalanmış məsələlər ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Fərmanla həmçinin müəyyən edir ki:

- "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunun 2.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi həyata keçirir;
- həmin qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir.

Mənbə keçidi: http://e-qanun.az/framework/34279

Related Post