AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA MƏCƏLLƏSİ QÜVVƏYƏ MİNMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA MƏCƏLLƏSİ QÜVVƏYƏ MİNMİŞDİR

Azərbaycan Respublikası Parlamenti 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsini təsdiq edib. Aşağıdakı qanunlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilir:

1. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" Azərbaycan Respublikasının Qanunu;
2. "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu;
3. "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu;
4. “Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
5. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinə, miqrasiya proseslərinin tənzimlənməsinə və bu sahədə yaranan münasibətlərə, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusuna dair normaları müəyyən edir.

Mənbə keçidi: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

Related Post