ƏMƏK MÜQAVİLƏLƏRİ ELEKTRON SISTEMƏ KEÇIRILƏCƏK

ƏMƏK MÜQAVİLƏLƏRİ ELEKTRON SISTEMƏ KEÇIRILƏCƏK

Azərbaycanda qeydiyyatdan keçən yerli və xarici hüquqi şəxslərin sayı sürətlə artır. Bu, əlbəttə ki, ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Əmək müqaviləsi hər iki tərəfin hüquqlarının qorunması, işçi və işəgötürən arasında qanunla uyğunluğu təmin etsədə, faktlar işçilərin hüquqlarının pozulmasının ölkədə ən çox baş verən inzibati xətalardan biri olduğunu göstərir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 27.12.2013-cü il tarixli dəyişikliyə və Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.4-cü bəndinin tətbiqinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ını təsdiq etmişdir.

Əmək müqaviləsinin elektron informasiya sisteminin yaradılması və müvafiq elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin daxil edilməsi üçün hüquqi çərçivənin yaradılmasına məsul şəxs olaraq işəgötür təyin edilmişdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Mənbə keçidi: “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar

Related Post