MÜLKİ MƏCƏLLƏYƏ HÜQUQİ ŞƏXSLƏRLƏ BAĞLI DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR

MÜLKİ MƏCƏLLƏYƏ HÜQUQİ ŞƏXSLƏRLƏ BAĞLI DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR

Hüquqi şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə yenicə qəbul edilmiş dəyişikliklərlə üzləşəcəklər. Əsas dəyişiklik hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydalarını müəyyən edir.

Aidiyyatı şəxslər kimi, hüquqi şəxsin idarə heyətinin (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; hüquqi şəxsin struktur bölməsinin rəhbəri (filial, nümayəndəlik, təşkilat və s.); hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı olaraq ən azı 10 faiz və ya daha çox payı olan hər hansı bir şəxs; səhmdar kapitalında ən azı 20% payla iştirak edən hüquqi şəxs və digərləridir.

Aidiyyati şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Aidiyyati şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur.

Mənbə keçidi: “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

Related Post