AZƏRBAYCANDA NÜMAYƏNDƏLİK İNSTİTUTU LƏĞV OLUNDU

AZƏRBAYCANDA NÜMAYƏNDƏLİK İNSTİTUTU LƏĞV OLUNDU

Prezident İlham Əliyev “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununu, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrə düzəlişləri təsdiq edib.

Bir sıra məhkəmə işlərində nümayəndəliyin yerini daha peşəkar - vəkillər əvəz edəcək və vəkillik fəaliyyəti daha da gücləndiriləcək.

Yeni qaydalara əsasən fiziki şəxslərin yalnız yaxın qohumları məhkəmələrdə qanuni nümayəndələri kimi iştirak edə bilərlər. Kassasiya instansiyası məhkəməsində isə nümayəndənin fəaliyyətinə yol verilmir.

Hüquqi şəxslər adından şirkətin nizamnaməsinə uyğun olaraq səlahiyyətli şəxslər və ya həmin hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş əməkdaşları məhkəmə prosesində iştirak edə bilərlər.

Düzəlişlər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə keçidi: :"Vəkillər və vəkillək haqqında" Azərbaycan Respublikasının Qanunu

Related Post