"MEDİASİYA HAQQINDA" İLK QANUN QƏBUL EDİLDİ

Nəhayət, Azərbaycanda mübahisələrin həlli tarixində yeni bir səhifə açılmışdır - "Mediasiya haqqında" qanun qəbul edilmiş və beləliklə, hüquqi və fiziki şəsxlər mediasiyanı mübahisələrin həllinin alternativ üsulu kimi istifadə edə bilərlər.

Qanun 39 maddədən ibarətdir və Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq mediasiya sahəsində ictimai əlaqələri tənzimləyək, mediasiyanın məqsədlərini, prinsiplərini, davranış qaydalarını və mediatorların statusunu müəyyən edir.

Qanun eyni zamanda yeni iş yerlərinin yaradılmasına kömək edərək, fəaliyyətlərini mübahisələrin alternativ həlli sahəsinə yönəltmək istəyən gənc hüquqşünaslar üçün yeni perspektivlər yaradır.

Qanunun qəbulunda digər üstünlük ondan ibarətdir ki, məhkəmələrdə iş yükünün azaldılması və məhkəmə işlərinə baxılma keyfiyyətinin artmasına səbəb olacaqdır.

Mənbə keçidi: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

Related Post