HÜQUQİ ŞƏXSLƏRİN ONLAYN QEYDİYYATI İNDİ DAHA DA ASANDIR

HÜQUQİ ŞƏXSLƏRİN ONLAYN QEYDİYYATI İNDİ DAHA DA ASANDIR

İndi onlayn qeydiyyat üçün daha əlverişli şərtlər mövcuddur. Beləliklə, cari ilin əvvəlindən bir prosedurda dövlət qeydiyyatından (ƏDV qeydiyyatı və bank hesabı açmaq daxil olmaqla) keçmək mümkündür. Elektron ərizənin imzalanması, habelə əvvəllər qeydiyyat zamanı tətbiq olunan digər prosedurlarda zərurət aradan qaldırılmışdır.

Nəticədə hüquqi şəxslərin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-dək azaldı, müddəti isə 20 dəqiqəyə endirildi. Biznesə başlamaq üçün tələb olunan sərmaye məbləği və lazımi sənədlərin sayı sıfıra endirildi.

Bu prosedurun bir hissəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əmək müqaviləsi və ƏDV vergi ödəyicisinin qeydiyyatı da avtomatik olaraq təmin ediləcəkdir. Prosedur eləcə də bank hesabı açmaq üçün şəhadətnamə dublikatının verilməsinə icazə verəcəkdir.

Bu addım son dövrdə sahibkarlığın dəstəklənməsi və ölkədəki iş mühitinin inkişafına kömək etmək üçün vergi qanunvericiliyində axırıncı dəyişikliklərin davamıdır. İslahat, əlbəttə, Doing Business hesabatlarında ölkəyə müsbət təsir göstərəcəkdir.

Mənbə keçidi: Azərbaycan Respublikası Prezidentinin "Dövlət qeydiyyatı və hüquqi şəxslərin dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Fərmanı

Related Post