“BİZNES MÜHİTİ 2019” REYTİNQİNDƏ AZƏRBAYCAN 25-Cİ YERİ TUTUB

“BİZNES MÜHİTİ 2019” REYTİNQİNDƏ AZƏRBAYCAN 25-Cİ YERİ TUTUB

Dünya Bankı Qrupunun iş dünyasının 10 göstəricisinə əsasən 190 ölkə üzrə hər il nəşr olunan "Biznes Mühiti" hesabatına görə 2019-cu ildə 2018-ci ilə nisbətən Azərbaycan Respublikası biznesə başlamanın sadəliyinə görə 30-dan artıq pillə geridə qoyaraq 57-ci yerdən 25-ci yerədək irəliləyib.

Bu 10 göstəricidən 8-nin həyata keçirilməsi yolu ilə baş tutaraq Azərbaycanı dünyada ən çox inkişaf edən 10 ölkədən biri edib. Hazırda regionadakı digər ölkələrlə müqayisədə Azərbaycanda biznesin yaradılması daha əlçatandır.

Bunun səbəbi hökumətin sərf edilən vaxtı, hökumət haqlarını və sənədləşmə işlərini azaldaraq prosedurları sadələşdirməyə çalışmasıdır. Məsələn: "bir pəncərə" xidmətini yaratmaqla hökumət tikinti icazəsini əldə etmək üçün icazə sorğusunun icra müddətini 80 günədək qısalmasına və xərclərin 7,500 USD – dək azalmasına imkan yaradıb.

Səhmdarların hüquqlarını və əsas korporativ qərarlardakı rolunu artırmaqla, hökümət nizamnamə kapitalında az paya sahib olan sərmayəçiləri artıq daha yaxşı qoruya bilir.

Statistika göstərir ki, Azərbaycanda qeydiyyatdan keçmiş xarici sahibkarların ümumi sayı ölkədəki bütün hüquqi şəxslərin 15 faizidir.

Mənbə keçidi: Biznes Mühiti 2019 - Dünya Bankı Qrupu

Related Post